Ənsarullah İsrailə məxsus daha bir gəmini məhv edib

Ənsarullah İsrailə məxsus daha bir gəmini məhv edib

Yəmən Ənsarullah Hərəkatı Ərəb dənizində sionist İsrail gəmisini ballistik raketlə vurduqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada İsrailin "MSC SARAH V" adlı gəmisinə hücum etdiklərini bildirib.

Gəmiyə hücumun Ərəbistan dənizində baş verdiyini bildirən Seri hücumu yeni inkişaf etdirdikləri raketlə həyata keçirdiklərini diqqətə çatdırıb.

Seri, sionist İsrailin Qəzzaya hücumlarını dayandıracağı və Qəzza zolağının blokadasının götürüləcəyi təqdirdə öz fəaliyyətlərinə son qoyacaqlarına diqqət çəkib.

Xəbəri paylaş

VİDEOLAR