HƏMAS sionist İsrailin humanitar yardım paylamaq bəhanəsi ilə Qəzzanın cənubundakı müəyyən bölgələrdə mülki əhalini topladığını və bunun bir növ “toplama düşərgəsi” yaratmaq cəhdi olduğunu bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini sionist rejimin İranın nüvə obyektlərinə hücumla bağlı son hədələrini daim təkrarlanan təhdid kimi qiymətləndirib.
Yəmənin Ənsarullah Hərəkatının media məmuru Nəsurəddin Əmir bir daha hava yolları və gəmiçilik şirkətlərini Ben Qurion hava limanına və Hayfa limanına səfər etməmək və ya orada olmamaq barədə xəbərdarlıq edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana qarşı yeni sanksiya qərarı ilə bağlı deyib: “ABŞ-ın danışıqların beşinci raundu ərəfəsində tətbiq etdiyi yeni sanksiyalar ölkənin diplomatiya sahəsində ciddiyyətsizliyinə işarədir”.