Moskva açıqladı: Hər şey hazırdır, İranla bu müqavilə imzalanır

Moskva açıqladı: Hər şey hazırdır, İranla bu müqavilə imzalanır

Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır.


“Mətn üzərində iş artıq yekunlaşmaq üzrədir. Bütün lazımi ifadələr tapılıb”, - Rudenko bildirib. Onun sözlərinə görə, indi iki ölkənin əsas vəzifəsi bu cür sənədlərin imzalanması ilə bağlı müəyyən prosedurları başa çatdırmaqdır.

İyunun ortalarında bildirilmişdi ki, Rusiya və İran bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmini təxminən bir yarım dəfə (48 faiz) artırıblar. Rusiyadan İrana tədarük illik müqayisədə 77 faiz, əks istiqamətdə isə 13 faiz artıb.

Xəbəri paylaş

VİDEOLAR