Keçən ay ABŞ İsrailə üç milyard dollarlıq hərbi yardım edib

Keçən ay ABŞ İsrailə üç milyard dollarlıq hərbi yardım edib

AFP amerikalı rəsmiyə istinadən xəbər verib ki, Vaşinqton təkcə may ayında İsrailə (rejiminə) üç milyard dollar hərbi yardım edib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ hökumətinin yüksək səviyyəli rəsmisi çərşənbə günü bildirib ki, ABŞ keçən il oktyabrın 7-dən bəri İsrailə dəyəri 6,5 milyard dollardan çox olan silah göndərib ki, bu da təkcə may ayında təxminən üç milyard dollar təşkil edib.

ABŞ Dövlət Departamenti keçən il elan etmişdi ki, 2009-cu ildən bəri ABŞ raketdən müdafiə büdcəsinə ümumilikdə 3,4 milyard dollar, o cümlədən Dəmir Günbəz üçün 1,3 milyard dollar ayırıb.

Son illərdə ABŞ-ın İsrail rejiminə hərbi yardım büdcəsi 10 illik memorandumlar çərçivəsində müəyyən edilib. Ən son memorandum 2016-cı ildə imzalanıb və buna görə Vaşinqton 2019-2028-ci maliyyə illəri dövründə İsrail rejiminə 38 milyard dollar hərbi yardım göstərməyi öhdəsinə götürüb ki, bu da orta illik 3,8 milyard dollar hərbi yardım deməkdir.

Xəbəri paylaş

VİDEOLAR