İran Prezidenti ABŞ prezidentinin dünən İran xalqı ilə bağlı səsləndirdiyi iddialara toxunaraq deyib: "Tramp iranlıları tanımayıb."
Az.rasthaber.com xəbər verir ki, Məsud Pezeşkiyan çərşənbə axşamı Kirmanşah vilayətinin ziyalıları, elitaları və mədəni fəallarının toplantısında vurğulayıb: "Amerika prezidenti bu insanların qeyrətini, mərdliyini, güzəştini tanımır və onların xüsusiyyətlərini bilmir."
Pezeşkiyan əlavə edib: "Tramp İran xalqını təhlükə və iğtişaş mənbəyi kimi təqdim edib. Sualım budur ki, Qəzzədə 60 min günahsız və müdafiəsiz uşağı biz öldürdük? Yoxsulları sudan, çörəkdən, dərmandan biz məhrum etdik?"
"İstəsələr də, istəməsələr də, biz bu ölkəni güclü şəkildə inkişaf etdirəcəyik və quracağıq"- deyə, vurğulayan Prezident bəyan edib: "Biz sülh ardıncayıq və müharibə istəmirik, amma izzət və qürurumuzu heç nəyə satmayacağıq, heç bir gücə boyun əyməyəcəyik və təslim olmayacağıq."