Sionist İsrail ordusu Qəzza zolağına hücumlarını genişləndirmək planları çərçivəsində minlərlə ehtiyat əsgəri orduya çağırıb. Məlumata görə, bir çox əsgər “yorğunluq” səbəbi ilə Qəzzada döyüşlərə qatılmaqdan imtina edib.
Ənsarullahın Media İdarəsinin müavini Yəmən silahlı qüvvələrinin Ben Qurion hava limanını bağlamaq istədiyini vurğulayaraq, dünən bu hava limanına raket hücumunun işğalçıların Qəzzaya təcavüzünün gücləndiyi bir vaxtda baş verdiyini və onların əməliyyatlarının Qəzzə müharibəsi bitənə qədər davam edəcəyini bildirib.