Azərbaycan və Ermənistan arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı məlumat mübadiləsi aparılıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın aparatından məlumat verilib.
Açıqlamada bildirilir ki, Ermənistan tərəfi atəşkəs rejiminin pozulmasına dair müəyyən məlumatları Azərbaycana təqdim edib.
Eyni zamanda, Bakı da öz növbəsində erməni tərəfinə oxşar xarakterli məlumatlar göndərib. Ermənistan tərəfi bu iddiaları araşdırdığını və nəticələri əks etdirən sənədi Azərbaycan tərəfinə təqdim etdiyini qeyd edib.