"Müharibəni biz yox, onlar – Qərb və ABŞ çıxarır"

“Tramp elə iddialarla çıxış edib ki, bu, onun İran xalqının həqiqətini hələ də anlamadığını və bu (İran) xalqın(ın) izzətini, igidliyini, fədakarlığını və vəfadarlığını bilmədiyini göstərir“.

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran prezident Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın iddialarına münasibət bildirərkən bəyan edib.

Bizi necə bədnamlıqda ittiham edə bilirlər?! Halbuki Qəzzada 60 min qadın və uşaq bombalarla qətlə yetirilib, bu müdafiəsiz xalqa su və dərman belə verilmir. Həqiqi təhdid kimdir?!“, – deyə o qeyd edib.

Özlərində təsəvvürə belə gətirilməyəcək bomba və raketlərin olduğunu elan edirlər. Bu necə bir mesajdır? Müharibə tərəfdarı kimdir? Regiona silah satanlardır, yoxsa sadəcə özünü qoruyan xalqdırmı?“, – deyə Pezeşkian bildirib.

Sülhdən danışırlar, amma eyni zamanda da bölgə ölkələrinə bombalar və raketlər göndərirlər. Bu necə bir məntiqdir? Bu münasibət bölgəni bir-birinin canına salmaq deyil? Həqiqətən də hədəfləri sülhdür, yoxsa qeyri-sabitliyi dərinləşdirməkdirmi?“, – İran Prezidenti əlavə edib.

O, İranın məruz qaldığı iqtisadi terror və sanksiyalara toxunaraq deyib ki, “47 ildir ki, bu xalqı və bu quruluşu diz çökdürtmək üçün əllərindən gələni edirlər, amma bunu bacara bilmədirlər və bilməyəcəklər də. Bu gün İrana ünvanlanan təhdidlərin (İran) xalqının iradəsinə heç bir təsiri yoxdur“.

İrana qarşı səsləndirilən insan haqlarının pozulması iddialarına da cavab verən Pezeşkian bildirib: “(İsrail tərəfindən Qəzza sektorunda, Fələstində) Qadınlar, uşaqlar, yaşlılar, xəstələr və məzlumlar bu cür vəhşicəsinə təzyiq və hücumlara məruz qalarkən, hansı vicdan bunu qəbul edər? İnsan haqlarını və insani dəyərləri qorumaq budurmu?“.

O deyib ki, insani dəyərləri ayaqlar altına atanlar İran xalqını təhdidlərlə qorxuda bilməyəcəklər.

Biz müharibə istəmirik, sülh və sabitlik istəyirik. Müharibəni biz yox, onlar – Qərb və ABŞ çıxarır. Biz isə Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik axtarırıq. Onlar bizi bir-birimizə düşmən etmək istəyirlər. Amma biz mübarizə aparmayacağıq. Biz birlikdə iqtisadi əməkdaşlıq qurub sərhədləri açsaq, bölgədə sabitlik və rifah yaradarıq. Bu torpaqlar bizimdir – onların yox.””, -deyən Pezeşkian əlavə edib ki, İrana qarşı beynəlxalq əlbirliyi mövcuddur.

ABŞ və müttəfiqləri bütün güclər ilə bu xalqı yox etməyə çalışı. Amma bilmirlər ki, İran aslanlar diyarıdır və əsla yox edilə bilməz“, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR