Lavrov: Ukrayna ilə bağlı İstanbul danışıqlarına şans verilməlidir

Lavrov: Ukrayna ilə bağlı İstanbul danışıqlarına şans verilməlidir

Rusiya və Ukrayna arasında İstanbulda aparılacaq danışıqlarda problemlərin olması istisna edilmir, lakin bu təmaslara şans vermək lazımdır.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Diplomatik Klubun iclasında bildirib.

"Danışıqlara şans vermək lazımdır, lakin hər şeyin problemsiz olacağına heç kim zəmanət vermir", - o qeyd edib.

Lavrov Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın danışıqlara "güc mövqeyindən" yanaşmalı olduğu barədə bəyanatını xatırladaraq qeyd edib ki, Qərb ölkələri hərbi əməliyyatların davam etməsində maraqlıdır. 

Xəbəri paylaş

VİDEOLAR