İsrail rejimi Livana qarşı istənilən addımda ən böyük uduzan tərəf olacaq

İsrail rejimi Livana qarşı istənilən addımda ən böyük uduzan tərəf olacaq

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi sionist İsrail rejiminin bölgədəki hər hansı ağılsız qərarına qarşı xəbərdarlıq edib və Livana qarşı hər hansı bir hərəkətin ən böyük uduzan tərəfinin bu rejim olacağını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi cümə günü deyib: “İşğalçı İsrail rejiminin özünü xilas etmək üçün istənilən ağılsız qərarı bölgəni yeni müharibəyə sürükləyə bilər ki, bunun da nəticəsi Livanın, eləcə də 1948-ci ildə işğal olunmuş ərazilərin infrastrukturlarının məhvi olacaq.”


İranın BMT-dəki nümayəndəliyi əlavə edib: “Bu müharibənin mütləq itirən tərəfi olacaq və o, sionist rejimdir.”

İran İslam Respublikasının nümayəndəliyi vurğulayıb: “Hizbullah müqavimət hərəkatı özünü və ölkəsi Livanı müdafiə etmək qabiliyyətinə malikdir və bəlkə də bu qondarma rejimin öz əli ilə məhv olmasının vaxtı çatıb.”

Xəbəri paylaş

VİDEOLAR