İraq Müqavimətindən İsrailin liman şəhərinə hücum

İraq Müqavimətindən İsrailin liman şəhərinə hücum

İraq İslami Müqaviməti işğal olunmuş ərazilərin cənubunda yerləşən Eylat liman şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti yazılı açıqlamada işğal altındakı ərazinin cənubundakı Eylat limanında mühüm və həssas hədəfi pilotsuz təyyarə ilə vurduğunu bildirib.

İraq müqavimətinin verdiyi bəyanatda bu ifadələr yer alıb:

“Sionist rejimin işğalı ilə mübarizənin və Qəzzə xalqına yardımın davam etdirilməsi və sionistlərin fələstinli mülki əhaliyə qarşı törətdikləri qətliamlara cavab olaraq sionist rejimin Eylatdakı həyati və mühüm hədəfini hədəfə aldıq."

İraq müqaviməti əvvəlki əməliyyatda xəbərdarlıq etmişdi ki, sionist rejim Qəzzə zolağında hücumlarını davam etdirsə, bu rejimin mövqelərinə qarşı əməliyyatlarını daha da gücləndirəcək.

Xəbəri paylaş

VİDEOLAR