Oxfam: Günahsız fələstinli uşaqlar Britaniya silahları ilə öldürülür

Oxfam: Günahsız fələstinli uşaqlar Britaniya silahları ilə öldürülür

İngiltərədə yerləşən beynəlxalq yardım təşkilatı Oxfam-ın icraçı direktoru Həlimə Begum Qəzzada günahsız fələstinli uşaqlar və onların valideynlərinin ingilis silahları ilə öldürüldüyünü bildirərək, İngiltərə silahlarının sionist rejimə satılmasını pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Oxfam beynəlxalq yardım təşkilatının icraçı direktoru Guardian-a verdiyi müsahibədə bu ölkənin hökuməti tərəfindən “İngiltərənin sionist rejimə silah satışını dayandırmaq tələblərinin” rədd edilməsindən sonra deyib: Londonun Qəzzaya humanitar yardım göstərərkən İsrailə silah satması intellektual və əxlaqi baxımdan uyğun deyil.

Aprel ayında Oxfam-ın icraçı direktoru vəzifəsinə təyin edilmiş və işğal altındakı İordan çayının qərb sahilinə işgüzar səfərindən yenicə qayıdan Begum, İngiltərənin sionist rejimə silah satışını dayandırmalı olduğunu bildirərək, deyib: London eyni zamanda Qəzzaya humanitar yardım göndərə və bu bölgədə sülh yaratmaq istəyindən danışaraq, eyni zamanda bombalarını İsrailə (rejimə) verə bilməz.

Xəbəri paylaş

VİDEOLAR