Qəzzada şəhidlərin sayı 37 min 337-yə yüksəldi

Qəzzada şəhidlərin sayı 37 min 337-yə yüksəldi

Sionist İsrailin 254 gündür hücumlarını davam etdirdiyi Qəzzada fələstinli şəhidlərin sayı 37 min 337-yə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 41 nəfər artaraq 37 min 337 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 254 gündür hücumları ilə bağlı məlumat verilib.

İşğalçı İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törətdiyi və bu hücumlarda daha 41 fələstinlinin həyatını itirdiyi, 102 fələstinlinin isə yaralandığı bildirilib.

Qatil İsrail rejiminin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 37 min 337-yə, yaralananların sayının isə 85 min 299-a yüksəldiyi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR