İlahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi olub

İlahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi olub

İlahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi baş tutub.

Az.rasthaber.com xəbər verir ki, ilahiyyatçı dini ayrı-seçkilik yayma, ixtişaş və qarşıdurmaya təhrik etmə kimi cinayətdə ittiham olunur.

Dekabrın 20-də bu müddət bitərək məhkəmə keçirilib.
Rusiyanın Ali orqanı Hacı Zülfüqar Mikayılzadə barədə təqdim edilən sübutları yetərli saymayıb. İddiaçı tərəf isə növbəti sübutlarla bağlı məhkəmədən vaxt istəyib. Məhkəmə iclasın vaxtını 15 may 2025-ci il tarixinə qədər ertələyib. Bu müddətə qədər iddiaçı sübutları məhkəməyə təqdim etməlidir, əks halda ilahiyyatçı sərbəst buraxılacaq. Z. Mikayılzadə qeyd edilən vaxta qədər həbsdə saxlanılacaq.
Xatırladaq ki, Quran hafizi Hacı Zülfüqar Mikayılzadə noyabrın 15-də Rusiya Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdı.
Əyyami Fatimiyyə məclislərində iştirak üçün ilahiyyatçı Moskvadan İjevsk şəhərinə uçarkən bu şəhərin hava limanında həbs edilmişdi.

Xəbəri paylaş

VİDEOLAR