İranın Rusiyadakı səfiri Tehran və Moskvanın hərtərəfli əməkdaşlıq sənədi imzalamağa hazır olduqlarına işarə edərək bildirib: “İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyan 17 yanvar 2025-ci il bu məqsədlə Moskvaya səfər edəcək.”
Az.rasthaber.com xəbər verir ki, Kazim Cəlali Sankt-Peterburqda iranlı tələbələr və “Meçnikov” Tibb Elmləri Universitetinin idarə rəhbərlərinin toplantısında əlavə edib: “Bu səfər zamanı iki ölkə arasında əməkdaşlıq müqaviləsi doktor Pezeşkiyan və Vladimir Putin tərəfindən imzalanacaq.”
Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa gedən Cəlali bunu Rusiya universitetlərində iranlı tələbələrin problemlərini araşdırmaq məqsədi ilə keçirilən görüşdə bildirib.