İran İslam İnqilabının Rəhbəri: Güclü və şərəfli bir qrupun Suriyada da meydana çıxacağını proqnozlaşdırıram.
Az.rasthaber.com xəbər verir ki, Həzrət Fatimə Zəhranın (ə) mübarək mövludu, eləcə də İmam Xomeyninin (r) mövludu ildönümündə Əhli-Beyt (ə) məddahlarından bir qrupu ötən illərdə olduğu kimi bir saat bundan əvvəl İran İslam İnqilabının Rəhbəri ilə görüşüb. Bu mərasimdə Ayətullah Xamenei çıxış edib.
Onun çıxışının ən mühüm məqamları bunlardır:
Amerikanın ölkələrə hökmranlıq etmək planı iki şeydən biridir: ya tiranlıq yaratmaq, ya da xaos və iğtişaş yaratmaq
Suriyada xaos yaratdılar və indi öz xəyallarında qalib gəldiklərini düşünürlər
Amerikalı ünsürlərdən biri kinayə ilə deyir ki, İranda iğtişaş yaradan hər kəsə kömək edəcəyik; axmaqların burnuna manqal qoxusu dəyib!
İran xalqı bu sahədə Amerika muzdlularını qəbul edən hər kəsi ayağının altında tapdalayacaq.
Ardıcıl olaraq deyirlər ki, İslam Respublikası regionda vəkalət qüvvələrini itirdi! Bu da başqa bir səhv! İslam Respublikasının vəkalət qüvvəsi yoxdur.
Yəmən döyüşür, çünki imanı vardır; Hizbullah döyüşür, ona görə ki, imanın gücü onu sahəyə gətirir; HƏMAS və Cihad döyüşür, çünki inancları onları buna vadar edir. Bunlar bizim vəkalət qüvvələrimiz deyil.
Biz əgər bir gün hərəkət etmək istəsək, vəkalət qüvvəyə ehtiyacımız yoxdur.
Güclü və şərəfli bir qrupun Suriyada da meydana çıxacağını proqnozlaşdırıram.
Suriyalı gəncin itirəcək heç nəyi yoxdur. Universiteti təhlükədədir, məktəbi təhlükədədir, evi təhlükədədir, küçəsi təhlükədədir, həyatı təhlükədədir, nə etməlidir? Bu təhlükəni yaradanlara və həyata keçirənlərə qarşı güclü şəkildə və qətiyyətlə dayanmalıdır və inşallah, onlara qalib gələcək.
Allahın lütfü ilə, bölgənin sabahı indikindən daha yaxşı olacaq.