İran xalqı “İslam İnqilabı”ndan əvvəl, yəni Şah dövründə də şiə məzhəbinə mənsub idi.
Amma o illərdə İran ümmət arasında parçalanmaya səbəb olan bir problem kimi görünmürdü. O dövrdə bəzi sənətçilər Türkiyədən İrana gedib konsert verirdi. Bəzi məşhurlar isə İranı özünə məkan seçmişdi. Məsələn, Cüneyt Arkın bir televiziya proqramında İranda beş il qaldığını, orada Fahrettin adından istifadə edərək filmlər çəkdiyini söyləyib. Həmçinin İrandan Türkiyəyə də sənətçilər gəlirdi. Onlardan biri də Cahangir Qəffari adlı sənətçi idi. Qəzetlərin maqazin səhifələri belə xəbərlərlə dolu idi. Yəni o illərdə məzhəb fərqlilikləri və şiəlikdən əsər-əlamət yox idi. Heç kəs İran xalqını şiə olduğu və ya məzhəb fərqliliyinə görə düşmən kimi qəbul etmirdi.
Bu izahatlardan sonra əsas məsələyə gələk: 11 fevral 1979-cu ildə baş tutan İslam İnqilabı ilə böyük şeytan ABŞ və sionist çətənin istismar qolları İran coğrafiyasından kəsildi. Buna dözə bilməyən imperialist ABŞ və sionist çətə, bu inqilabın digər müsəlman ölkələrdə domino təsiri yaratmaması üçün çoxşaxəli intriqalar qurdu və əsas alət kimi "məzhəb fitnəsini" işə saldı. Məqsəd müsəlman xalqların bu inqilabdan ilham almaması, hətta ona düşmən olması idi.