Hizbullah İsrailin hərbi məntəqəsinə kamikadze hücumu həyata keçirib

Hizbullah İsrailin hərbi məntəqəsinə kamikadze hücumu həyata keçirib

Hizbullah sionist İsrailin Livanın cənubundan sərhəd xəttində yerləşən hərbi məntəqəsinə kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah sionist İsrailin hədəflərinə hücumu ilə bağlı açıqlama verib.

Açıqlamada bildirilib:

"Kamikadze PUA İsrailin işğalı altında olan Şebaa fermalarında yerləşən Sinaim bölgəsində yeni qurulan artilleriya mövqeyini vurub". 

Hücumda orada xidmət edən əsgərlərin artilleriya mexanizmi ilə tam dəqiqliklə vurulduğu iddia edilib.

Hizbullahın daha sonra verdiyi digər açıqlamalarda sionist İsrailin sərhəddə yerləşən Metula qəsəbəsi və İsrail əsgərlərinin yerləşdiyi Misqav Am qəsəbəsindəki bir binanın idarə olunan raketlə hədəfə alındığı bildirilib.

Digər tərəfdən, sionist İsrail mediasında dərc olunan xəbərdə Hizbullahın Misgav Am qəsəbəsinə qarşı atdığı raketlər səbəbindən yanğının baş verdiyi və ətrafdakı ağaclara yayıldığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR