Borrell: İsrail və region yeni müharibəyə tab gətirə bilməz

Borrell: İsrail və region yeni müharibəyə tab gətirə bilməz

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib: "Livan, İsrail və region başqa bir müharibəyə dözə bilməz. Bundan Aİ də təsirlənəcək".

Az.rasthaber.com xəbər verir ki, Borrell açıqlamasında deyib:

"Mən Livanın xarici işlər naziri Bou Həbiblə görüşdüm. Biz “Mavi xətt”də gərginliyin dərhal azaldılmasını və hamı üçün məqbul siyasi həll yolunda səyləri necə gücləndirəcəyimizi müzakirə etdik. Livan, İsrail və region başqa bir müharibəyə dözə bilməz. Bundan Aİ də təsirlənəcək. Mən bir daha Aİ-nin Livana və Livan xalqına güclü dəstəyini ifadə etdim. Aİ Cənubi Livanda sülhün və sabitliyin qorunmasında Livan Silahlı Qüvvələrini və Birləşmiş Millətlər Təşkilatının Livan üzrə Müvəqqəti İşçi Qrupunu (UNIFIL) dəstəkləyir.".

Xəbəri paylaş

VİDEOLAR