İranın Xarici İşlər nazirinin vəzifəsinin icraçısı deyib: “Sionist rejim regional müqavimətlə müharibədə məğlub olmaq üzrədir. Sionist rejim müharibəni başqa bölgələrə və ya Livana yaysa, daha çox itki verəcək.”
Az.rasthaber.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən İranın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni “Newsweek”-ə müsahibəsində İranda keçirilən prezident seçkilərinə toxunaraq deyib: “Bu sıx rəqabət İranın saysız-hesabsız təhdidlərə qarşı siyasi sabitliyinin və dinamizminin sübutudur.”
Baqiri ölkəmizin xarici siyasətinin istiqaməti haqqında deyib: “İran nüvə sazişində qarşılıqlı iştirakın bərpası üçün ABŞ-la danışıqların bərpasını alqışlayır, lakin biz Çin, Rusiya və qonşu dövlətlərlə də əlaqələrimizi daha da gücləndirmək niyyətindəyik.”
İranın Xarici İşlər naziri vəzifəsinin icraçısı müsahibəsinin davamında deyib: “İsrail müqavimət oxu ilə müharibəni uduzmaq üzrədir.”