Baqeri: İran AEBA-nın tələblərinə uyğun olaraq nüvə proqramını həyata keçirir

Baqeri: İran AEBA-nın tələblərinə uyğun olaraq nüvə proqramını həyata keçirir

İran nüvə proqramını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) tələbləri əsasında həyata keçirir.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri “CNN Türk” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, ölkənin nüvə proqramı və bu sahədəki fəaliyyəti “tamamilə qanunidir” və AEBA-nın nəzarəti altındadır.

“İran öz nüvə proqramını agentliyin, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və özünün milli proqramlarının tələblərinə uyğun olaraq davam etdirir”.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik fövqəladə təhlükə yaranarsa, İranı ölkə hakimiyyətinin nüvə silahı hazırlamaq niyyətinə görə qınayan qətnamənin qəbulu imkanlarını nəzərdən keçirir.

Xəbəri paylaş

VİDEOLAR