İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib: “Ölkədə nüvə sənayesi canlandırılacaq”.
Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi ABŞ-ın İranın Fordo, Natanz və İsfahandakı uran zənginləşdirmə obyektlərinə hücumlarını tənqid edərək deyib: "Ölkəmizdə nüvə sənayesi köklü şəkildə qurulub. Bunun üçün güclü təmələ malik olan bu sənaye hücumlardan təsirlənməyəcək və təzyiqlər yenidən bərpa olunacaq".
Xatırladaq ki, ABŞ bombardmançıları iyunun 22-də İranın üç mühüm nüvə obyektinə hücum edib.
ABŞ prezidenti Donald Tramp İranın üç nüvə obyektinin tamamilə məhv edildiyini iddia edib.