Sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 101 nəfər artaraq 60 min 239 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstinin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada sionist rejimin davam edən hücumları nəticəsində ölən və yaralananlar barədə son məlumatlar verilib.
Səhiyyə Nazirliyinin açıqlamasında Qəzza zolağında son 24 saat ərzində 101 şəhid və 625 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.
İşğalçı İsrail ordusunun yanvarın 19-da razılaşdırılmış atəşkəs rejiminin pozulmasının ardından martın 18-dən etibarən Qəzzada başlatdığı hücumlarda 9071 fələstinlinin həlak olduğu, 34 min 853 mülki vətəndaşın isə yaralandığı bildirilib.
Bildirilib ki, sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 60 min 239 nəfərə, yaralıların sayı isə 146 min 894 nəfərə çatıb.