HƏMAS: Netanyahu Qəzzada onlarla sionist əsirin ölümünə görə məsuliyyət daşıyır

HƏMAS: Netanyahu Qəzzada onlarla sionist əsirin ölümünə görə məsuliyyət daşıyır

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionistlərin 6 əsirinin öldürülməsini etiraf etməsini bu hərəkatın (HƏMAS-ın) sözünün doğruluğu, işğalçıların sözlərinin isə yalan olması kimi qiymətləndirib və Benyamin Netanyahunun Qəzzədə sionist əsirlərin ölümünə görə məsuliyyət daşıdığını bildirib.

Az.rasthaber.comxəbər verir ki, HƏMAS yaydığı bəyanatda sionistlərin Qəzzə zolağında 6 əsirinin ölməsini etiraf etməsinə işarə edərək əlavə edib: “Sionist rejim ordusunun özünün 6 əsirin ölümünə görə məsuliyyət daşıdığını etiraf etməsi HƏMAS-ın sözünün doğruluğunu və işğalçıların sözünün batil olduğunu göstərir.”

HƏMAS qeyd edib ki, işğalçı ordu tərəfindən daha çox əsirin öldürülməsi Netanyahunun onları zorla azad etmək nəzəriyyəsinin iflasa uğradığını təsdiqləyir.

Xəbəri paylaş

VİDEOLAR