İmam Əli (ə) hərəmi matəmə qərq oldu - FOTOLAR

İmam Əli (ə) ziyarətgahı matəmə qərq oldu.

Az.rasthaber.com xəbər verir ki, Rəbiulaxır ayında  qeyd olunan Həzrət Zəhranın (ə) şəhadət mərasimi münasibətilə Nəcəfül Əşrəfdə İmam Əli (ə) ziyarətgahında qara parçalar, banner və bayraqlar asılıb.

Qeyd edək ki, Rəbiulaxır ayında qeyd olunan şəhadət günü bir rəvayətə əsasəndir və xüsusilə İraqda bu gündə əzadarlıq keçirilir.

Onu da qeyd edək ki, Həzrət Zəhranın (ə) şəhadəti münasibətilə ən çox iki rəvayətə əsasən mərasimlər keçirlir, bunlardan biri Cəmadiül-əvvəl ayının 13-də digəri Cəmadiül-axır ayının 3-üdür. Bu iki rəvayət arası günlər isə “Əyyami Fatimə” adlanır.

Xəbəri paylaş

VİDEOLAR