Həzrət Əbəlfəz (ə) ziyarətgahına bağlı venadaxili məhlullar fabriki açıldı - FOTOLAR

Kərbəlada Həzrət Əbəlfəzl Abbas (ə) ziyarətgahına bağlı venadaxili məhlullar fabrikinin açılışı olub.

Az.rasthaber.com xəbər verir ki, açılışda Ziyarətgah Kompleksin sədri Əhməd Safi, yerli hüquq-mühafizə və idarəetmə qurumlarının rəhbərləri, din və ictimaiyyət xadimləri, media təmsilçiləri iştirak edib.

Məlumata görə, bu fabrikdə 24 növ venadaxili məhlul istehsal olunacaq.

İlknövbədə İraq üçün nəzərdə tutulan məhsullar daha sonra xaricə də satılacaq.

Məkumatda həmçinin qeyd olunur ki, bu fabrikdə narkotikdən mübarizə və müalicə üçün də unikal venadaxili məhlullar istehsal olunacaq.

Xəbəri paylaş

VİDEOLAR