Yəmən silahlı qüvvələrinin sözçüsü çərşənbə günü səhər saatlarında deyib: Onlar yenidən sionist rejimə aid gəmilərin Qırmızı dəniz, Ərəbistan dənizi və Bab əl-Məndəb boğazından hərəkətinin qarşısını alırlar.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullahının lideri Əbdülməlik əl-Husinin Qəzzaya humanitar yardım göndərilməsinə qoyulan qadağanın aradan qaldırılması üçün sionist rejimə verdiyi dörd günlük müddətin bitməsindən sonra, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri çərşənbə günü səhər elan etdi ki, bu ölkə tərəfindən sionist rejimlə bağlı gəmilərin hərəkətinə qoyulan qadağanın yenidən həyata keçirildiyini açıqlayıb.
Səri video açıqlamada deyib: “Qırmızı dəniz, Ərəbistan dənizi və Bab əl-Məndəb boğazında İsrail gəmilərinə qoyulan qadağanı bərpa etməyə qərar verdik”.
“Əl-Məsirə” kanalı ona istinadən sitat gətirib: “Bu qadağa Qəzza zolağının keçidləri [sionist rejim tərəfindən] açılana və qida və dərmanların bu zolağa daxil olmasına qədər davam edəcək”.
Bu yəmənli hərbçi bu qadağanın artıq qüvvədə olduğunu izah edib: “Bu qadağanı pozmaq istəyən istənilən İsrail gəmisi elan edilən əməliyyat bölgəsində hədəfə alınacaq”.
Səri həmçinin əlavə edib: Qəzza zolağı və İordan çayının qərb sahilindəki səbirli Fələstin xalqını salamlayır və fələstinlilərin cəsarətli müqavimətinin yanında olduğumuzu vurğulayırıq.