İsrail Hizbullahın Baş komandanını şəhid etdiyini iddia edib

İsrail Hizbullahın Baş komandanını şəhid etdiyini iddia edib

Soyqırım törədən İsrail ordusu Livanın Tir bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edərək Hizbullahın yüksək rütbəli komandirlərindən olan Heydər Haşimi şəhid etdiyini iddia edib.

Az.rasthaber.com xəbər verir ki, atəşkəsə baxmayaraq, soyqırım İsrail Livana hücumlarını davam etdirir. Sionist İsrail ordusunun bəyanatına əsasən, Hizbullahın Radvan Qüvvələrinin dəniz əməliyyatlarına cavabdeh olan Haşim dəniz yolu ilə təşkilata silah qaçaqmalçılığı və İsrailə qarşı hücumlar planlaşdırmaqda günahlandırılıb.

Hizbullah hələlik Heydər Haşimin vəziyyəti ilə bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR