Qatil İsrail ordusu Qəzza zolağının Əl-Məvasi bölgəsində məcburi köçkünlərin məskunlaşdığı çadırlara hücum edib. Hücumda qadın və uşaqların da olduğu azı 10 nəfər şəhid olub, çoxlu sayda yaralı var.
Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid ibn Salman Ali-Səud yüksək rütbəli heyətin müşayiəti ilə Tehrana gəlib və Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən rəsmi şəkildə qarşılanıb.
Sionist İsraildə ordu daxilindən Binyamin Netanyahu hökumətinə qarşı reaksiyalar günü-gündən artır. İsrail mətbuatında yer alan xəbərlərə görə, müharibənin əvvəlində vəzifədə olan ehtiyatda olan əsgərlərin artıq çağırışlara cavab vermədiyi və Qəzzada hücumların sona çatmasını istədikləri bildirilib.
Diplomatik məsləhətləşmələr və Ayətullah Xameneinin Rusiya Prezidentinə məktubunu çatdırmaq məqsədi ilə Moskvaya səfər edən İran Xarici İşlər naziri deyib: “Bu məktubun beynəlxalq, regional hadisələrə, ikitərəfli məsələlərə işarə olunması təbiidir.”