Sionist İsrailin müdafiə naziri Yisrael Katz Qəzza zolağında əməliyyatın genişlənəcəyini və yeni işğal olunmuş ərazilərin bufer zonasının bir hissəsinə çevriləcəyini bildirib.
Yəmən silahlı qüvvələrinin sözçüsü çərşənbə günü səhər saatlarında bildirib ki, onlar raket və dron əməliyyatında Qırmızı dənizdə Amerika döyüş gəmilərini hədəfə alıblar.
Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
2023-cü il oktyabrın 7-dən bu yana müsəlmanların ən müqəddəs günlərindən biri olan Fitr bayramında belə bombardmanlarını dayandırmayan terrorçu İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 50 min 399-a yüksəlib.
Sionist İsrailin xarici işlər naziri Gideon Saar martın 23-də Qəzza zolağının Rəfah şəhərində işğalçı İsrail əsgərlərinin hədəfə aldığı təcili yardımı "xəbərdarlıqlara məhəl qoymayan bir avtomobil" kimi xarakterizə edərək hücumu müdafiə edib.