Sionist İsrail ordusu Qəzza zolağına hücumlarını genişləndirmək planları çərçivəsində minlərlə ehtiyat əsgəri orduya çağırıb. Məlumata görə, bir çox əsgər “yorğunluq” səbəbi ilə Qəzzada döyüşlərə qatılmaqdan imtina edib.
Az.rasthaber.com xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, sionist İsrail ordusu Qəzza zolağında işğalın genişləndirilməsi və hücumların intensivləşdirilməsinə hazırlıq üçün yeni qərar imzalayıb.
Buna uyğun olaraq qatil İsrail ordusu minlərlə ehtiyat əsgəri Qəzzaya döyüşməyə çağıran bildiriş göndərdi.
Soyqırım İsrailin “Haaretz” qəzeti ordudakı adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Qəzza zolağına hücumları genişləndirmək üçün İsrailin şimal sərhədində və İordan çayının qərb sahilindəki nizami qoşunlar ehtiyat əsgərlərlə əvəz olunacaq.
“Ehtiyat qüvvələrinin böyük əksəriyyəti şimal sərhədində və İordan çayının qərb sahilində xidmət edəcək, Qəzza zolağında əməliyyatları intensivləşdirmək üçün yenidən yerləşdiriləcək nizami qoşunları əvəz edəcək”. Xəbərdə bir çox komandir və əsgərin bildiriş almadan əvvəl “yorğunluq” səbəbindən Qəzzada döyüşə qatılmaq fikrində olmadıqlarını açıqladığı qeyd edilib.