Suriyada Əməvilər dövrünə aid qəbiristanlıq tapılıb

Suriyada Əməvilər dövrünə aid qəbiristanlıq tapılıb

Alimlər Suriyanın cənubundakı qədim ərazidə ən qədim İslam qəbiristanlıqlarından birini tapıblar.

Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Marsal Qatar jurnalının xəbərinə görə, tədqiqatçıların Suriyanın cənubundakı Çamat bölgəsində, qədim bir yerdə İslam qəbiristanlığı tapdıqları qeyd edilib.

Bir qrup alimin apardığı araşdırmaya görə, məzarlığın tarixi 1300 il əvvələ gedib çıxır.

Suriyanın Suveyda vilayətinin Tel Karasa bölgəsində, iki nəfərin məzar qalıqlarını tapdıqlarını qeyd edən elm adamları, bu qalıqların VII əsrin sonu və VIII əsrin əvvəllərinə aid olduğunu və bunun Əməvilər dövrünə uyğun gəldiyini qeyd ediblər.

Alimlər qalıqların radiokarbon analizi və dəfn üsuluna görə, daha əvvəl Suriyada tapılan ərəb-islam qəbiristanlığı ilə uyğunlaşdığını bildiriblər.

Araşdırmalar nəticəsində, qalıqların Suriya xalqının genetik quruluşu ilə deyil, Səudiyyə Ərəbistanı xalqının genetik quruluşu ilə uyğun olduğu qeyd edilib.

Tədqiqatçılar hesab edirlər ki, bu araşdırmalar qədim dövrlərdə yaşayan müsəlmanların dəfn mədəniyyətləri haqqında mühüm məlumatlar verəcək.

Xəbəri paylaş

VİDEOLAR