HƏMAS İsraillə atəşkəs razılaşmasını qəbul etmə şərtləri xəbərini təkzib edib

HƏMAS İsraillə atəşkəs razılaşmasını qəbul etmə şərtləri xəbərini təkzib edib

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəzi KİV-lər tərəfindən dərc edilən İsraillə atəşkəs razılaşması üçün hərəkatın şərtləri olduğunu təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, hərəkat bəyanatında əlavə edib ki, HƏMAS-ın İsraillə əsir mübadiləsi və Qəzza zolağında atəşkəs haqqında razılaşmanı qəbul etmək şərtləri əsassızdır və uydurma yalanlarla doludur.


HƏMAS əlavə edib: Bu xəbər hərəkatın mövqeləri ilə heç bir əlaqəsi olmayan açıq-aşkar yalandır və biz bunu tamamilə rədd edirik.

HƏMAS bəyanatında qeyd olunub ki, bu yalanların məqsədi ictimai rəyi sionist rejimin hərbi cinayətlərindən yayındırmaq, HƏMAS və Fələstin müqavimətinə qarşı qızışdırmaq, hərəkatın ardıcıl və elan edilmiş mövqelərini təhrif etməkdir.

HƏMAS vurğulayıb ki, hərəkatın istənilən razılaşma üçün şərtləri aydındır və İsrailin işğalçı rejiminə xidmət edən anonim mənbələr vasitəsilə deyil, ictimaiyyətə təqdim olunur.

Xəbəri paylaş

VİDEOLAR