Sionist İsrail Suriyanı bombardman edib

Sionist İsrail Suriyanı bombardman edib

Sionist İsrail ordusu bazar ertəsi Suriyanın cənubunda müxtəlif məntəqələrə onlarla hava hücumu təşkil etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, ordudan edilən açıqlamada, hücumlarda 22 döyüş təyyarəsinin iştirak etdiyi və 60 bombanın istifadə edildiyi bildirilib.

Açıqlamada hava hücumu nöqtələrinin yeri xəritədə göstərilib və bəzi hücumların görüntülərinə də yer verilib.

2024-cü il noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalar və dekabrın 8-də Əsəd rejiminin süqutundan sonra sionist İsrail ordusunun bu ölkəyə hücumları eyni vaxtda artıb.

Colan təpələri ətrafındakı bufer zonasına daxil olan sionist İsrail ordusu işğalı daha da irəli apararaq paytaxt Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.

Sionist İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib. Bufer zonanın və silahsızlaşdırılmış zonanın sərhədləri 1974-cü ildə İsrail və Suriya arasında imzalanan geri çəkilmə sazişi ilə müəyyən edilib.

Xəbəri paylaş

VİDEOLAR