İnsan Haqqları Qrupu: Suriyada 311 ələvi qətlə yetirildi - VİDEO

İnsan Haqqları Qrupu: Suriyada 311 ələvi qətlə yetirildi - VİDEO

Sahel bölgəsində Colani hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən 311 suriyalı ələvi vətəndaş öldürülüb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə  Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatında deyilir.

Xüsusilə Laziqiyyədə ələvilərin edam edilməsi səhnələri yayımlanıb. Colaninin qüvvələri bu hadisələri təsdiqləyib, lakin onları fərdi addım kimi dəyərləndirib.

Müşahidə Qrupu, Laziqiyyə çölündə, Əl-Şir və Əl-Muxtariyyə qəsəbələrində Colani qüvvələri tərəfindən 52 ələvinin edam edildiyini açıqlayıb. Bu faktlar videofayllar və qətlə yetirilənlərin yaxınlarına əsaslanan şahid ifadələri ilə dəstəklənib.

Qeyd edək ki, 9 martda ələvilər İstanbulda Suriya konsulluğu önündə etiraz aksiyası keçirməyi planlaşdırır.

Xəbəri paylaş

VİDEOLAR