Sionist İsrail atəşkəsi pozmağa davam edir

Sionist İsrail atəşkəsi pozmağa davam edir

Sionist İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir.

Az.rasthaber.com xəbər verir ki, Qəzzanın şərqində hava hücumu nəticəsində iki fələstinli uşaq şəhid olub. Hücumdan sonra bölgədə mülki əhalinin təhlükəsizliyi həyəcan verici həddə çatıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, sionist İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzza şəhərinin şərqindəki Şucayyə məhəlləsini hədəfə alıb.

Hücumda 3 yaşlı Emced Hazım Abid şəhid olub.

Qatil İsrail ordusu da Qəzzanın şimalındakı Beyt Hanun şəhərinə pilotsuz təyyarə ilə hücum edib. Hücum zamanı bir qadın yaralanıb.

Xəstəxana mənbələrindən alınan məlumata görə, Beyt Hanun bölgəsinə pilotsuz təyyarə ilə edilən hücumda fələstinlilərin qaldığı çadırlar hədəf alınıb.

Onların qaldıqları çadırın bombalanması nəticəsində 2 yaşlı uşaq şəhid olub, anası isə yaralanıb.

Sionist İsrail tankları da Qəzzanın cənubundakı Xan Yunisin Abasan əl-Cədidə bölgəsini atəşə tutub.

Şahidlərin bildirdiyinə görə, İsrail pilotsuz təyyarələri Abasan əl-Cədidənin şərqində fələstinlilərin evlərini hədəf alıb.

Xəbəri paylaş

VİDEOLAR