Şeyx Nəim Qasimdən İsrailə: Səhv hesabladınız

Şeyx Nəim Qasimdən İsrailə: Səhv hesabladınız

"Bu gün işğalçı İsraildir və o, torpaqlarımızdan çıxmalıdır. Bu işğalla mübarizənin yeganə yolu müqavimət göstərməkdir".

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Məhərrəm ayı və İmam Hüseynə (ə) əzadarlıq mərasimləri ilə bağlı çıxışında bunları deyib:

“Müqavimətin silahlarını yerə qoymasını istəyənlərə səslənirəm: Gedin və bu torpağın müdafiəçilərindən deyil, təcavüzkarlardan silahlarını yerə qoymalarını xahiş edin”.

Şeyx Nəim Qasim çıxışında aşağıdakı mühüm məqamları vurğuladı:

“Düşmənin təcavüzünü heç vaxt qınamaq yox, daim öz xalqına hücum edib “əvvəlcə silahını yerə qoy” demək məntiqlidirmi?

"Əgər bəziləri təslim olmağa hazırdırsa, bu, onların öz seçimidir. Amma biz təslim olmayacağıq, şüarımız "Heyhat minnəz zilləh"dir."

“Müqaviməti yatıra bilməyəcəksiniz”

Şeyx Nəim Qasim davamında bunları vurğuladı:

"Yanlış hesabladınız; başqalarının gücünə arxalanaraq müqaviməti yatıra biləcəyinizi düşünürdünüz. Amma müqavimət əhli düşməndən qorxmur."
"Əsl uğur vətənimizin azad edilməsidir. Bu, bizim sizə çağırışımızdır və biz buna hazırıq".

“İşğalçı İsraildir, geri çəkilməlidir”

Hizbullahın baş katibi işğalın mənbəyinin bəlli olduğunu bildirərək bunları deyib:

"Bu gün işğalçı İsraildir və o, torpaqlarımızdan çıxmalıdır. Bu işğalla mübarizənin yeganə yolu müqavimət göstərməkdir".

“Müdafiə üçün icazə tələb olunmur”

O, çıxışının sonunda aşağıdakı təəccüblü ifadələrdən istifadə etdi:

"Vətənin müdafiəsi üçün heç kimə icazə lazım deyil. Əgər kimsə bu müdafiəni əvəz edə biləcək real alternativ təklif etdiyini iddia edərsə, biz onlarla bütün detalları danışmağa hazırıq".

Xəbəri paylaş

VİDEOLAR