İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sionist İsrail rejiminin Qəzza zolağına ərzaq daşınmasını əngəllədiyini və bölgədə elektrik enerjisinin kəsilməsini kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, Bəqayi İsrailin Qəzzaya əsas humanitar ehtiyacların çatdırılmasının qarşısını almasını və elektrik enerjisinin kəsilməsini Fələstin xalqına qıtlıq və aclıq salmaq siyasətinin bir hissəsi və insanlığa qarşı cinayətlərin və soyqırımın davamı kimi qiymətləndirib.
Bəqayi sionist İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozduğunu vurğulayıb və bəyan edib ki, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasının qarşısını almaq üçün bütün dövlətlər ortaq məsuliyyət daşıyır.
Bəqayi həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası və digər səlahiyyətli beynəlxalq qurumlar İsrailin Qəzzada törətdiyi cinayətlər qarşısında susqunluğa son qoymalıdırlar.