Qətərin baş naziri ABŞ-ın İranla atəşkəs üçün Dohadan diplomatik vasitəçilik tələb etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Qətərin baş naziri regionda baş verən hadisələr və sionist rejimin hücumları ilə bağlı bəyanatında bildirib ki, İsrailin məsuliyyətsiz hərəkətləri regionun sabitliyini təhdid edir.
El Meyadeen-in məlumatına görə, Qətərin baş naziri livanlı həmkarı ilə birgə mətbuat konfransında deyib:
"ABŞ İranla atəşkəsə nail olmaq üçün müdaxilə etməyimizi istədi. Bu mövzuda lazımi təmasları qurduq".
Qətərin baş naziri İran və İsrail arasında atəşkəsin davam etməsini arzuladıqlarını vurğulayaraq deyib:
“Dünya ictimai rəyi İsrailə qarşı birləşməli və Qəzzaya hücumları dayandırmalıdır”.
İsrailin İrana hücumlarının Qəzza müharibəsini sona çatdırmaq üçün diplomatik səylərə mane olduğunu ifadə edən Qətər Baş naziri bildirib:
"Ümid edirik ki, İsrail bu atəşkəsi Qəzzaya hücumlarını artırmaq üçün fürsətə çevirməyə çalışmayacaq".