Qatil Netanyahu: BMT antisemit və terroru dəstəkləyən bir təşkilatdır

Qatil Netanyahu: BMT antisemit və terroru dəstəkləyən bir təşkilatdır

Sionist İsrailin baş naziri Benyamin Netanyahu BMT-ni antisemitizm və terroru dəstəkləyən təşkilat kimi xarakterizə edib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasını fələstinlilərə qarşı soyqırım ittihamlarına görə sərt şəkildə tənqid edib.

Netanyahu BMT-nin uzun müddətdir antisemitizm və terroru dəstəkləyən bir təşkilat olduğunu deyib və əlavə edib:

"BMT Holokostdan sonra yəhudi xalqının ən dəhşətli qətliamı zamanı HƏMAS terror təşkilatının törətdiyi hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə diqqət yetirmək əvəzinə, yenidən İsrail dövlətinə hücum etməyi üstün tutur. Həmçinin cinsi zorakılıq haqqında yalan ittihamlar irəli sürür".

BMT-nin İnsan Haqları Şurası sionist İsraili Qəzza zolağında münaqişə zamanı fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edib. Təşkilat tərəfindən dərc edilən hesabatda İsrail əsgərlərinin qadınlar üçün səhiyyə müəssisələrini qəsdən dağıtdığı və doğumların qarşısını almaq üçün tədbirlər həyata keçirdiyi iddia edilib.

Fevral ayında sionist İsrailin xarici işlər naziri Gideon Saar bəyan etmişdi ki, İsrail BMT-nin İnsan Haqları Şurasından çıxmaqda ABŞ-ı izləyəcək. Bununla belə, BMT-nin İnsan Haqları Şurasının sözçüsü Paskal Sim bəyan edib ki, ABŞ və İsrail Şuraya üzv olmadıqları üçün texniki olaraq bu qurumdan çıxa bilməzlər.

Xəbəri paylaş

VİDEOLAR