Peskov: İki ölkə arasında əlaqələrin gələcəyi ABŞ-ın yeni idarəçiliyindən asılı olacaq

Peskov: İki ölkə arasında əlaqələrin gələcəyi ABŞ-ın yeni idarəçiliyindən asılı olacaq

Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov ABŞ-da prezident seçkilərində qələbəsini elan edən Donald Trampın Ukraynada müharibəni bitirəcəyinə dair açıqlamasına ehtiyatla yanaşdıqlarını bildirdi. O, ABŞ-dakı seçki ilə bağlı jurnalistlərə açıqlamalar verib.

Az.rasthaber.com xəbər verir ki, Trampın Ukraynada müharibəni bitirəcəyinə dair açıqlamaları haqqında danışan Peskov ilk addımlardan nəticə çıxaracaqlarını qeyd edib.

Ehtimallar əsasında mühakimə yürütməyin doğru olmadığını vurğulayan Peskov “Qələbədən sonra Ağ Evə girməyə hazırlaşarkən və ya girdikdən sonra bəzi açıqlamalar fərqli ton ala bilər. Bu səbəbdən hər şeyi diqqətlə təhlil etdiyimizi, izlədiyimizi, dəqiq sözlərə və atılacaq addımlara əsaslanaraq nəticələr çıxaracağımızı deyirik” ifadələrini işlədib.

Rusiya Prezidenti Vladimir Putinin Trampı qələbəsi münasibətilə təbrik etməyi planlaşdırıb-planlaşdırmadığına dair məlumata malik olmadığını bildirən katib bunları deyib: “Dövlətimizə qarşı həm birbaşa həm də dolayı şəkildə müharibəyə girən, dost olmayan bir ölkədən danışdığımızı unutmayaq.”

Dmitri Peskov Rusiya-ABŞ əlaqələrinin hazırda ən aşağı səviyyədə olduğunu xatırladaraq münasibətlərin daha da pisləşməsinin mümkün olmadığını qeyd edib. O, iki ölkə arasında əlaqələrin gələcəkdə necə inkişaf edəcəyinin ABŞ-ın yeni idarəçiliyindən asılı olacağını vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR