Ayətullah Xamenei: Müqavimət mütləq qələbə qazanacaq!

Ayətullah Xamenei: Müqavimət mütləq qələbə qazanacaq!

İranın Ali Rəhbəri Ekspertlər Məclisinin üzvləri ilə görüşündə deyib: Bu gün Livan, Qəzza və Fələstində güc və qüdrətlə davam edən mübarizə mütləq Haqq Cəbhənin və Müqavimət Cəbhəsinin qələbəsinə səbəb olacaq.

Az.rasthaber.com xəbər verir ki, bu gün (7 noyabr, cümə axşamı) Rəhbərlik Ekspertlər Məclisinin nümayəndələri İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

İslam İnqilabının Rəhbəri bu görüşdə deyib: Bu gün Livan, Qəzzə və Fələstində tam güc və qüdrətlə davam edən cihadlar və səylər mütləq Haqq Cəbhəsi və Müqavimət Cəbhəsinin qələbəsinə səbəb olacaqdır.

O, sözünə davam etdi: Bu günlər zəmanəmizin böyük və yorulmaz mücahidi, mərhum cənab Seyid Həsən Nəsrullahın (Allah ona rəhmət etsin, məqamını uca etsin və savabını çox etsin) şəhadətinin 40-cı gününə təsadüf edir. Onun xatirəsini, Şəhid Haniyə, Şəhid Səfiyəddin, Şəhid Yəhya Əs-Sinvar, Şəhid Nilfuruşan və digər müqavimət şəhidlərinin xatirəsini ehtiramla yad edirik.

İnqilab Rəhbəri bildirib: Biz də bu məclisin şəhidləri Şəhid Rəisi (Allah ona rəhmət etsin) və Şəhid Ali Haşimin (Allah ona rəhmət etsin) xatirəsini ehtiramla anırıq və bütün bu şərəfli şəhidlər üçün Allahın ən yüksək dərəcələri verməsi üçün dua edirik.

O dedi: Rəhmətlik Cənab Nəsrullah və bu günlərin digər əziz şəhidləri, haqq və insafla desək İslama izzət verdilər. Müqavimət cəbhəsinə hörmətlə yanaşdılar, onlara ikiqat güc və qüdrət verdilər.

Xəbəri paylaş

VİDEOLAR