Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib.

"Əslində Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, nümayəndələrimiz də daimi əlaqədədir, biz çox fəal işləyirik, nə etmək lazım olduğu barədə ümumi anlayış var", - o qeyd edib.

O, həmçinin əlavə edib ki, real nəticələr əldə etmək üçün müəyyən yekun addımlar atılmalıdır: "Ümid edirik ki, nəticə çox tezliklə olacaq... Biz bu dialoqu davam etdiririk və etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi fəal dialoqda olmayıb”.

Xəbəri paylaş

VİDEOLAR