Pakistanda 9 qatar vaqonundakı sərnişinlər terrorçular tərəfindən girov götürülüb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, “Bəlucistan Azadlıq Ordusu” terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
Bildirilir ki, terrorçular 450-dən çox sərnişini əsir götürüb.
Terrorçular xəbərdarlıq edirlər ki, əgər ölkə rəhbərliyi əsirləri güc yolu azad etməyə çalışsa, girovlar qətlə yetiriləcəklər.
Terrorçuların sözlərinə görə, tutduqları adamlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Qatar ələ keçirilən zaman isə 6 pakistanlı hərbçi də qətlə yetirilib.
Mənbələrin məlumatına görə, terrorçular Bəlucistan əyalətinin Sibi şəhəri ətrafında qatar yolunda partlayış törədərək qatarın önünü kəsiblər. Qatarın “dağların arasında tunelin düz girişində ilişib qaldığı” deyilir.