Pakistanda girov böhranında ölənlərin sayı 25-ə çatıb

Pakistanda girov böhranında ölənlərin sayı 25-ə çatıb

Pakistanda qatarda Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən girov götürülən 300-dən çox sərnişin xilas edilib, ölənlərin sayı isə 25-ə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Bolan rayonunda separatçı Bəlucistan Azadlıq Ordusunun (BLA) sərnişin qatarına hücumundan sonra başlayan girov böhranı başa çatıb.

Pakistan ordusu qatarda olan 300-dən çox girovun hamısının xilas edildiyini, ölənlərin sayının 25-ə çatdığını bildirib.

Ordu həyatını itirənlərdən 21-nin mülki, 4-nün isə hərbçi olduğunu, təhlükəsizlik qüvvələrinin 33 hücumçunu zərərsizləşdirdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR