Ənsarullah siyasi ofisi bu səhər İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumu kəskin şəkildə pisləyib.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda bildirilib: "İsrailin İran İslam Respublikasına qarşı vəhşicəsinə hücumunu qətiyyətlə pisləyirik. İranın istənilən vasitə ilə cavab vermək hüququ var və bu hüquq qanunidir."
Ənsarullah həmçinin bildirib: “Sionist rejim təcavüzkar bir rejimdir və təkcə Fələstinə deyil, bütün İslam ümmətinə və regionun sabitliyinə təhlükə yaradır”.
Bəyanatda İsrailin İranın nüvə proqramı ilə bağlı iddialarının əsassız olduğu və dəyərləndirilərək, “Nüvə silahına malik olan bir rejim bölgənin jandarm qüvvələri kimi çıxış edə bilməz” ifadəsi işlədilib.
Siyasi ofis həmçinin qeyd edib ki, “İsrail rejimi Fələstində, Livanda və digər ərəb ölkələrində on minlərlə insanın ölümünə görə məsuliyyət daşıyır”.
Ənsarullah Hərəkatı əlavə edib ki, İranın özünü müdafiə etmək və nüvə proqramını inkişaf etdirmək hüququnu dəstəkləyir.
Hərəkat şəhid olan iranlı komandirlər və nüvə alimləri üçün başsağlığı verib: “İran Fələstin davasını qəbul edən və ondan geri çəkilməyən yeganə İslam ölkəsidir”.
Ənsarullah İslam ümmətini məsuliyyəti öz üzərinə götürməyə və bu böyük çağırış qarşısında susqunluğa son qoymağa çağırıb. Çünki sionist rejim hamını təhdid edir və heç kim bu təhlükədən kənarda deyil”.