Misir ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir

Misir ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir

Misirin müdafiə naziri Əbdül Məcid Sakr 3-cü Səhra Ordusunun hərbi qulluqçularını döyüş hazırlığını ən yüksək səviyyədə saxlamağa çağırıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barəd Misir Silahlı Qüvvələrinin rəsmisi polkovnik Qərib Əbdül-Hafiz məlumat verib.

Qeyd edilib ki, nazir Sakr, Misir SQ Baş Qərargah rəisi Əhməd Fəthi İbrahim Xəlifə, həmçinni çox sayda komandan 3-cü Səhra Ordusunun Səfərbərliyinni İdarəsi Mərkəzlərinin Yaradılması üzrə Layihənin əsas mərhələsində iştirak ediblər.

Silahlı Qüvvələrinin birləşmələrinin və hissələrinin plan döyüş hazırlığı çərçivəsində keçirilən təlimlərin əsas fazası artıq bir neçə gündür ki, davam edir, lakin təlimlərin keçirilmə yeri və nə qədər davam edəcəyi barədə konkret məlumat açıqlanmır.

Bildirilib ki, müdafiə naziri Sakir layihə çərçivəsində təlimlərin əsas fazasını izləyib və “3-cü Səhra Ordusunun hərbçilərinə döyüş hazırlığını ən yüksək səviyyədə saxlamağı” tapşırıb.

Nazir layihənin reallaşdırılması imkanlarını və əməliyyatları idarə edilməsi zamanı baş verə biləcək gözlənilməz vəziyyətlərə reaksiya məqsədilə daha düzgün qərarların qəbulunu müzakirə etmək üçün layihənin bir sıra iştirakçıları ilə görüşüb.

Sakr deyib ki, 3-cü Səhra Ordusunun hərbi qulluqçuları istənilən şəraitdə onların üzərinə düşən missiya və məsuliyyətləri yerinə yetirə bilmələri üçün ən yüksək döyüş hazırlığı vəziyyətində olmalıdırlar.

Qeyd edək ki, sözügedən ordunun ən mühüm vəzifələri Sinay yarımadası və Qəzza sektoru boyu olan sərhədlərin təhlükəsizliklərinin təmin edilməsidir.

Xatırladaq ki, son günlər ABŞ prezidenti Donald Tramp fələstinlilərin Qəzza sektorundan qonşu ölkələrin ərazilərinə, o cümlədən də Misir ərazisinə köçürülməsi çağırışları ilə çıxış edir. Həm Fələstin xalqının özü, həm də dünya ölkələrinə buna qarşıdır.

Xəbəri paylaş

VİDEOLAR