6.12.2024 12:18:37
Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni hökumət başçısını təyin edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, ölkə lideri bunu xalqa müraciəti zamanı deyib.
Emmanuel Makron onu da qeyd edib ki, 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər vəzifədə qalmaq niyyətindədir.
"Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər bu vəzifəni icra edəcəyəm," - dövlət başçısı qeyd edib.