Livanın Akkar əyalətinin qubernatoru İmad Labaki, Suriya sahillərindəki son zorakılıqlardan və HTŞ-yə bağlı cihadçıların qətliamlarından qaçanların Livanın şimalındakı Akkar və ətraf qəsəbələrdə məskunlaşdıqlarını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Livanın Akkar vilayətinin qubernatoru İmad Labaki, Livanın milli xəbər agentliyinə verdiyi açıqlamada bildirilib: "Suriyadakı son böhran Akkar düzünə və Dreyb bölgəsinin bəzi hissələrinə böyük axın yaratdı. Gələnlərin əksəriyyəti Ələvilər, digərləri isə qeyri-qanuni yollarla daxil olub Ələvi kəndlərində məscid və evlərdə məskunlaşan livanlılardır".
Labaki bildirib ki, Akkar Fəlakət İdarəetmə Mərkəzinin məlumatlarına görə, 9 mart bazar günü Suriyadan gələn 1476 ailə arasında 40 livanlı və 1184 suriyalı ailə var.
Ötən cümə axşamı Suriya sahillərindəki şəhər və kənd ərazilərində Dəməşqdəki müvəqqəti hökumətə sadiq qüvvələr ilə keçmiş Baas rejimi ilə əlaqəsi olduğu iddia edilən silahlı qruplar arasında toqquşmalar baş verib. Bunun üzərinə HTŞ-yə bağlı cihadçı qruplar başda Ələvi olmaqla mülki azlıq qruplarına qarşı "intiqam hücumları"na başlayıb və qırğınlar həyata keçirib. Zorakılıq hadisələri zamanı minlərlə insanın öldüyü və yaralandığı bildirilir.