"İran və Rusiya arasında turizm müqaviləsi layihəsi hazırlanıb və bu, İran və Rusiya arasında vizaların ləğvinə imkan verəcək", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas İraqçı Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı keçirib.
Rusiyalı nazir mətbuat konfransında deyib: “İran və Rusiya arasında turizm müqaviləsi layihəsi hazırlanıb, ona görə də İran və Rusiya arasında viza ləğv ediləcək”.